Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” yatağı ilə bağlı açıqlama yaydı

12:08 - 7.04.2023


7 aprel, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi, Dövlət Neft Fondu (ARDNF) işlənən yataqlar üzrə gəlirlərini açıqlayıb. 

ARDNF-dən ABC.AZ-a verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından yanvarın 1-dən aprelin1-dək 2 044 mln. ABŞ dolları məbləğində gəlir əldə edilib.
Qeyd edək ki, AÇG yatağından yanvarın 1-dən martın 1-dək gəlirləri 1 324 mln. ABŞ dolları təşkil edib.