“Lukoyl” şirkəti bu dövləti məhkəməyə verə bilər

10:44 - 6.04.2023


6 aprel, Fineko/abc.az. “Lukoyl” şirkəti Bolqarıstan hökumətini məhkəməyə verə bilər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi Bolqarıstanda adıçəkilən şirkətə cərimə tətbiq edilməsi qərarıdır.

Belə ki, “Lukoil Bulgaria EOOD” və “Lukoil Neftochim Burgas AD” şirkətləri Rəqabətin Müdafiəsi Komissiyasının 4 aprel 2023-cü il tarixli 195 milyon 136 min 175 leva məbləğində cərimə edilməsi ilə bağlı qərarına görə Sofiya vilayətinin İnzibati Məhkəməsinə müraciət etmək niyyətində olduqlarını bəyan edib.

Müəllif: Elmir Murad