Azərbaycan 2023-cü ilin ilk ayında qaz ixracını - 13% ARTIRIB

11:29 - 16.03.2023


16 mart, Fineko/abc.az. Yanvar-fevral aylarında təbii qaz ixracı ötən ilin eyni dövrünə nisbətən 13% artıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, Avropaya 1.9 mlrd. kub-metr, Türkiyəyə 1.7 mlrd. kub-metr, Gürcüstana isə 0.7 mlrd. kub-metr qaz ixrac olunub.

Bu müddətdə TANAP Türkiyəni 0.9 mlrd. kub-metr qazla təchiz edib.