11:40 - 15.03.2023
15 mart, Fineko/abc.az. Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsini və Türkmənistan qazının Xəzərin bu tərəfinə çatdırılmasını nəzərdə tutan “Transxəzər” boru kəməri layihəsi martın 13-də Berlində Prezident İlham Əliyevin almaniyalı iş adamları ilə görüşündə də qaldırılıb.
Görüşdə “Edison Technologies and Engineering Group”un baş icraçı direktoru Edison Kasapoğlu “Transxəzər” layihəsinin yenidən yenidən bərpa olunmasını soruşub – layihə bərpa oluna bilərmi?
“Transxəzər” boru kəməri uzun illər müzakirə olunub. Mən ən azından onun on il müzakirə olunduğunu xatırlayıram. O, müzakirə olunan müddətdə biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərini, Cənub Qaz Dəhlizini inşa etdik və Avropaya yaşıl enerji ötürən xətti çəkəcəyik və hələ də Transxəzər boru kəməri müzakirə olunacaq. Bax, vəziyyət belədir”.
21 Avqust 2026