09:50 - 15.03.2023
15 mart, Fineko/abc.az. Ötən sessiyada ciddi enişdən sonra çərşənbə günü keçirilən ticarətdə neftin etalon markalarının qiyməti yüksəlir.
London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri 09:45-də $0,78 (1,01%) artaraq bir barel üçün $78,23-a çatdı. Martın 14-də Brent markalı neftin may fyuçersləri $3,32 (4,11%), bir barelə $77,45-a düşdü.
Saat 09:45-ə qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,76 (1,07%) artaraq bir barelə $72,09-a yüksəldi. Martın 14-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $3,47 (4,64%) azalaraq bir barelə $71,33-a düşüb.
21 Avqust 2026