14:13 - 21.02.2023
21 fevral, Fineko/abc.az. Elektrik enerjisi istehlakçılarının hüquqları artırılır.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, elektrik enerjisi istehlakçısının hüquqları aşağıdakılardır.
- elektrik şəbəkələrinə qoşulmaq;
- təchizatçı ilə müqavilə bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;
- elektrik enerjisinin təchizatı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun, etibarlı və fasiləsiz elektrik enerjisi ile təmin olunmaq;
- öz istehlakı üçün elektrik enerjisini saxlamaq;
-. elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq elektrik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın təchizatçı tərəfindən ödənilməsini tələb etmək;
- təchizatçıdan bu Qanunla müəyyən edilən hallarda bildiriş almaq;
- təchizatçı tərəfindən təklif olunan elektrik enerjisinə görə ödəniş üsullarından və sistemlərindən birini seçmək.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026