Neft bahalaşır, Brent bir barelə $85,88 təşkil edir

09:35 - 16.02.2023


16 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə axşamı hərracda artır.

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin dəyəri saat 09:31-də $0,50 (0,59%) artaraq bir barelə $85,88-a çatıb. 15 fevralda keçirilən ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,20 (0,23%), bir barelə $85,38-a qədər ucuzlaşdı.

Saat 09:31-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti $0,60 (0,76%) artaraq bir barelə $78,34-a yüksəldi. 15 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,47 (0,60%) azalaraq bir barelə $78,59-a düşdü.