10:15 - 18.01.2023
18 yanvar, Fineko/abc.az. "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin azad olunmuş digər ərazilərdə də həyata keçirilməsi planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşündə deyib.
Prezident Zəngilan rayonunda "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icra olunduğunu qeyd edib, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Dövlət başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan "Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə"yə görə minnətdarlığını bildirib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026