Avropada təbii qazın qiyməti 4 faizədək bahalaşıb

14:14 - 13.01.2023


13 yanvar, Fineko/abc.az. Avropada təbii qazın qiyməti 4 %-dək yüksəlib.

ABC.AZ xəbər verir ki, Avropanın ən böyük habının indeksi üzrə fevral fyuçersləri günə 1000 kubmetr üçün 773,7 dollar (+3,7 %) səviyyəsində ticarət olunmaqla başlayıb.

Daha sonra təbii qaz 779 dollaradək bahalaşıb.

Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 746 dollar) əsaslanır.