EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb

14:11 - 11.01.2023


11 yanvar, Fineko/abc.az. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

ABC.AZ Azərtac-a istinadla xəbər verir ki, bu barədə EIA-nın aylıq hesabatında qeyd edilib.

Xəbər verilir ki, növbəti il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 660 min barel səviyyəsində olacağı ehtimal edilir.

Proqnoza əsasən, 2023-cü il ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı dekabrda verilən proqnoz göstəricisindən 10 min barel artıq olaraq gündəlik 650 min barel təşkil edəcək.

Hesabatda bildirilir ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel olub. Bu da öncəki proqnoz göstəricisi ilə eynidir.

Xatırladaq ki, 2021-ci il Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.