09:36 - 10.01.2023
10 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünənki artımdan sonra çərşənbə axşamı keçiirlən hərracda azalır.
London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri saat 09:30-da $0,47 (0,59%), bir barelə $79,18-a düşdü. 9 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin mart ayı üçün fyuçersləri $1,08 (1,38%) artaraq bir barelə $79,65-a yüksəldi.
Saat 09:30-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral ayı üçün fyuçersi $0,38 (0,51%) azalaraq bir barelə $74,25-a düşüb. 9 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin dəyəri $0,86 (1,17%) artaraq bir barelə $74,63-a çatdı.
21 Avqust 2026