17:08 - 5.01.2023
5 yanvar, Fineko/abc.az. Azexport portalının və Rəqəmsal Ticarət Qovşağının “MTradeVerse” platformasında rəqəmsal inzibati binası hazırlanıb.
ABC.AZ xəbər verir ki, bina virtual reallıq (VR) formatında həyata keçirilib.
Azexport portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, hazırda metaverse sahəsinə böyük axın mövcuddur.
“Sahəyə nüfuzlu beynəlxalq şirkətlər ciddi yatırımlar edirlər:
“McKinsey”nin hesabatına əsasən 2030-cu ilə kimi bu sahənin 5 trilyon ABŞ dollarına qədər genişlənməsi gözlənilir. Texnologiya sahəsində bu istiqamətə olan marağı nəzərə alaraq Azexport və DTH platformalarının da VR formatında xidmətlərinin təqdim olunması qərarına gəldik.
Bu məqsədlə “MTradeVerse” platformasında interaktiv avatarlar, virtual reallıq və süni intellektə uyğun, fərdiləşdirilə bilən 3D məkanlar təqdim edən ilk rəqəmsal bina yaradılıb”.
17 Avqust 2026
15 Avqust 2026