Mən ən azı 18-24 ay Tesla səhmi satmayacam – İlon Mask

10:13 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. Amerikalı iş adamı və milyarder İlon Mask qurucusu olduğu “Tesla”nın səhmlərini ən azı il yarım satmayacağını açıqlayıb.

ABC.AZ xəbər verir ki, o bu barədə “Twitter Spaces” audio söhbətində danışarkən bildirib.

"Mən ən azı 18-24 ay Tesla səhmi satmayacağam. Mənə inana bilərsiniz - bəlkə də, 2025-ci ilə qədər birja satışı olmayacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, “son vaxtlar “Tesla”nın səhmlərinin qiyməti Maskın aldığı “Twitter”ə daha çox diqqət yetirəcəyi qorxusundan aşağı düşüb.

Xüsusilə, investorlar Maskın sosial şəbəkəni əldə etmək və maliyyə vəziyyətini sabitləşdirmək üçün Tesla-nın səhmlərini kütləvi şəkildə satdığını müşahidə ediblər.

Müəllif: Elmir Murad