Rusiya neftinə qiymət tavanı tətbiq edilməsindən Çin də faydalanacaq

11:19 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. ABŞ-ın maliyyə naziri Janet Yellen Çinlə bağlı açıqlama verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, J.Yellen bildirib ki, dekabrdan etibarən G7 üzvlərinin Rusiya neftinə qiymət tavanı tətbiq etməsindən Çin də faydalanacaq.

Yellen, G20 sammiti üçün getdiyi Balidə etdiyi açıqlamada bildirib ki, Rusiya neftinə qiymət məhdudiyyəti Çinin xeyrinə olacaq.

Yellen, Qərb tərəfindən qiymət məhdudiyyəti tətbiq ediləndən sonra Çinin və Rusiya neftini alan digər ölkələrin Rusiyadan daha aşağı qiymətə neft almaq üçün danışıqlarda istifadə edilə bilinəcək təsir rıçaqları əldə edəcəklərini vurğulayıb.