Daha 4 marka enerji içkisi çıxmadı - Siyahı

17:20 - 1.11.2022


1 noyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) keçirdiyi monitorinqlər zamanı ölkədə istehsal olunan və ölkəyə idxal edilən enerji içkilərindən və sərinləşdirici içkilərdən nümunələr götürülərək laborator müayinələr aparıb.

Bu barədə ABC.AZ-a AQTA-dan məlumat verilib. Araşdırmalar nəticəsində aşağıdakı içkilərin də enerji içkisi olmadığı müəyyən edilib:

1. “Caucasus Energy” MMC tərəfindən istehsal edilən “Roarx Gold Punch” – enerji içkisi deyil;

2. “Caucasus Energy” MMC tərəfindən istehsal edilən “Roarx Red Fire” – enerji içkisi deyil;

3. “ENNA” MMC tərəfindən istehsal edilən “Plus Power” – enerji içkisi deyil;

4. “Berg Energy” MMC tərəfindən istehsal edilən “Berg the great Power” – enerji içkisi deyil.