Qutusu açılmamış "İphone" smartfonu hərracda bu qiymətə satıldı

11:00 - 17.10.2022


17 oktyabr, Fineko/abc.az. 2007-ci ildə istehsal edilmiş, qutusu açılmamış iPhone smartfonu bazar günü hərracda 39 340 dollara satılıb.

ABC.AZ xəbər verir ki, ilk dəfə Stiv Cobsun 2007-ci il yanvarın 9-da təqdim etdiyi iPhone smartfon sənayesini dəyişdirən zəmanəmizin ən mühüm və geniş yayılmış ixtiralarından biri olub.

2007-ci ildə ilk iPhone modelinin qiyməti 599 dollar olub.

ABŞ Əmək Departamentinin Statistika Bürosunun məlumatına görə, hərracda satılan smartfonun qiyməti inflyasiya nəzərə alınmaqla bu illər ərzində təxminən 45 dəfə artıb.