15:57 - 15.09.2022
15 sentyabr, Fineko/abc.az. 2022-ci ilin 6 ayı üzrə xarici ticarət dövriyyəsi 24.8 milyard dollar təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə neft-qaz sektoru üzrə 16.4 milyard dollar həcmində profisit qeyri-neft sektoru üzrə 3.4 milyard dollar həcmində kəsiri bağlayıb.
Nəticədə hesabat dövründə xarici ticarət balansında 13 milyard dollar həcmində profisit yaranıb. 2022-ci ilin 6 ayında Azərbaycanın dünyanın 167 ölkəsi ilə ticarət əlaqələri olub.
Xarici ticarətin 9.9%-i MDB üzvü olan ölkələrin, 90.1%-i isə digər xarici ölkələrin payına düşür.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026