DGK sədri yeni təyinat həyata keçirib

16:44 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Aslanov Fuad Mikayıl oğlu Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, sözügedən idarənin eks-rəisi gömrük xidməti general-mayoru Təmkin Xəlilov bir müddət əvvəl təqaüdə göndərilib.