11:44 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az. Avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 74% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Məlumata əsasən, sifarişlərin azalması Məhərrəm ayının başlaması ilə əlaqələndirilir.
Yeni mövsüm üçün təklif edilən menyulara əsasən, şadlıq saraylarının qiymətlərində 9% artım qeydə alınıb.
Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb: 11%.
Sentyabrın sonuna doğru daha yüksək qiymət artımları gözlənilir.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026