16:24 - 8.09.2022
8 sentyabr, Fineko/abc.az. Bu ilin avqustunda Türkiyədən Rusiyaya ixracın həcmi 738 527 min dollar olub, bu isə tarixi rekord deməkdir.
ABC.AZ bu barədə “Haberturk”-ə istinadən xəbər verir ki, avqust ayında Rusiyanın Türkiyədən idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 344 053 min dollar artıb.
Məlumatda qeyd olunub ki, Türkiyə İxracatçılar Məclisinin hesabatına əsasən, ölkənin ixracı avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz artaraq 21 milyard 340 milyon dollara yüksəlib.
Məlumata görə, ən çox məhsul ixrac edilən ilk beş ölkə bunlardır: Almaniya (1 milyard 504 milyon dollar), ABŞ (1 milyard 308 milyon dollar), Böyük Britaniya (1 milyard 40 milyon dollar), İraq (934 milyon 807 min dollar), İtaliya (819 milyon 286 dollar).
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026