17:10 - 2.09.2022
2 sentyabr, Fineko/abc.az. İllərlə davam edən müzakirələrdən sonra “Twitter” nəhayət redaktə postu düyməsini istifadəyə verir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, yenilik bütün istifadəçilər üçün deyil.
Məlumata əsasən, “Edit Twitter” seçimi tezliklə “Twitter Blue” müştəriləri üçün əlçatan olacaq. Redaktə paylaşımın dərc edildiyi vaxtdan 30 dəqiqə ərzində mümkün olacaq.
Yeni funksiya geniş istifadəyə verilməzdən əvvəl bütün səhvləri aşkar etmək üçün test qruplarında sınaqlar aparılacaq.
11 Avqust 2026
12 Avqust 2026