Regionlarda qablaşdırma şirkətlərinə vergi güzəştləri tətbiq edilsin - Təklif

16:05 - 2.09.2022


2 sentyabr, Fineko/abc.az. "Qablaşdırma şirkətləri Bakı və Abşerondan daha çox regionlarda müəssisələr açmaqda maraqlıdır".

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Kamran Hacızadə deyib.

O bildirib, əmək haqqı, ərazilərin alınması üçün ayrılan xərclərin daha aşağı olması regionlarda biznesin qurulmasını qablaşdırma şirkətləri üçün cəlbedici edir.

Bununla belə, bir sıra vergi güzəştlərinin tətbiq edilməsinə ehtiyac var: “AQSA olaraq Dövlət Vergi Xidmətinə təklif etmişik ki, regionlarda müəssisə açmaq istəyən qablaşdırma şirkətlərinə vergi güzəştləri tətbiq edilsin. Eyni zamanda bu müəssisələrdə çalışan işçilərin əmək haqqlarına tətbiq edilən vergilər azaldılsın”.