15:34 - 2.09.2022
2 sentyabr, Fineko/abc.az. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı dünya ərzaq qiymətləri indeksi 5 aydır geriləyir.
ABC.AZ xəbər verir ki, FAO-nun Ümumdünya Ərzaq Qiymətləri İndeksi iyulda 140,7-dən avqustda 138-ə düşüb.
Mart ayında Rusiyanın Ukraynaya qarşı hücumunun başlamasından sonra indeks 159,7 bəndlə rekord həddə çatmışdı. Ümumdünya Ərzaq Qiymətləri İndeksi son 5 ayda azalsa da, avqust ayında hələ də ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz yüksək olub.
Avqust ayında FAO-nun taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,4% azalarkən, qarğıdalı qiymətləri indeksi isə 1,5 faiz artıb.
17 Avqust 2026
15 Avqust 2026