12:15 - 1.09.2022
1 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni əmr imzalayıb.
ABC.AZ “Unikal”a istinadən xəbər verir ki, əmrə əsasən Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026