Jesper Hojer "Bravo"ya rəhbər gətirildi

16:37 - 31.08.2022


31 avqust, Fineko/abc.az. “Azərbaycan Supermarket” MMC-nin Müşahidə Şurasında dəyişikliklər baş verib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə MMC-nin yarımillik hesabatında bildirilir.

Belə ki, Jesper Hojer Müşahidə Şurasının yeni üzvü təyin edilib.

Qeyd edək ki, Qasımov Cəlal Ələkbər oğlu Müşahidə Şurasının Sədri, Sheik Fareed Shabbir, Məmmədov Fərid Usad oğlu, Kərimov Fuad Ələkbər oğlu, İsmayilzadə Fariz Akif oğlu isə Müşahidə Şurasının üzvüdür. Baş İcraçı Direktor Kevin Paul Landidir.