"Qazprom" şirkətinin səhmləri bahalaşıb

14:12 - 31.08.2022


31 avqust, Fineko/abc.az. Moskva birjasında "Qazprom" şirkətinin səhmləri 32,35% bahalaşaraq bir səhm üçün 270 rubl təşkil edib.

ABC.AZ-ın məlumatına görə, şirkətin səhmləri direktorlar şurasının 2022-ci ilin birinci yarısı üçün dividendlərin ödənilməsi ilə bağlı tövsiyəsi fonunda yüksəlib.

Ümumilikdə, Qazprom 2022-ci ilin ilk altı ayı üzrə dividendlər üçün 1,208 trilyon rubl ayıra bilər. Sentyabrın 30-da dividendlərin ödənilməsi məsələsi ilə bağlı səhmdarların növbədənkənar yığıncağı keçiriləcək.