14:45 - 18.08.2022
18 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsinin 91,5 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Hindistan, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Ukrayna, Gürcüstan, Portuqaliya, İspaniya, İsveçrə, Çexiya, Tunis, Qazaxıstan, Tailand, ABŞ, İran, İndoneziya, Vyetnam, Xorvatiya və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.
Məlumata əsasən, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiyanın, 16,6 faizi Türkiyənin, 14,8 faizi Çinin, 4,8 faizi Qazaxıstanın, 4,4 faizi Almaniyanın, 3,5 faizi İranın, 2,7 faizi ABŞ-ın, 2,3 faizi İtaliyanın, 2,1 faizi Ukraynanın, 1,9 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya, Türkmənistan, Fransa və Birləşmiş Krallığın, 1,4 faizi Hindistanın, hər biri 1 faiz olmaqla Özbəkistan, Belarus və İndoneziyanın, hər biri 0,9 faiz olmaqla Braziliya və Gürcüstanın, hər biri 0,8 faiz olmaqla Polşa və Vyetnamın, 13,3 faizi isə digər ölkələrin payına düşüb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026