10:07 - 21.07.2022
21 iyul, Fineko/abc.az. Bu gün daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb.
ABC.AZ xəbər verir ki, Zəngilandan olan məcburi köçkünlər Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.
Qeyd edək ki, ilk Ağalı sakinləri iyulun 19-da kəndə köçürülüb. İlk mərhələdə 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülüb.
Ümumilikdə isə yaxın günlərdə 41 ailədən 201 nəfərin Ağalıya köçürülməsi gözlənilir.
12 Avqust 2026