17:06 - 13.07.2022
13 iyul, Fineko/abc.az. İyun ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Antalya, Əbu-Dabi, Ər-Riyad, Ankara, Şərcə və Minsk şəhərləri daxil olub.
Heydər Əliyev Beynəlxalq Aeroportundan ABC.AZ-a daxil olan məlumata görə, sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin iş gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
Qeyd edək ki, 2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə hava limanları üçün epidemioloji təhlükəsizlik üzrə 5 ulduzlu reytinqə layiq görülüb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026