Bu brend Rusiyadakı mağazalarını satışa çıxarır

10:16 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Rusiya və Ukrayna arasındakı müharibədən sonra böyük brendlərin Rusiyanı tərk etməsi adi hala çevrilib. Bu yaxınlarda isə İspaniyanın “Mango” geyim brendi Rusiyadakı 50-dən çox mağazasını françayzinq tərəfdaşlarına satmaq qərarı verib.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, şirkət artıq bir neçə partnyorla françayzinq alacaq 55 şəxsi mağazasından imtina etmək barədə razılığa gəlib.

Razılaşma nəticəsində “Mango” Rusiya Federasiyasına müstəqil şəkildə məhsul tədarükünü dayandıracaq. 

Xatırladaq ki, martın 3-də “Mango” Rusiyada fəaliyyətini müvəqqəti dayandıracağını açıqlamışdı.

Müəllif: Elmir Murad