“Huawei” Rusiyada mağazalarını bağlamağa başlayıb

17:31 - 9.06.2022


9 iyun, Fineko/abc.az. “Huawei” Rusiyada mağazalarını bağlamağa başlayıb.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda 19 mağazadan dördü fəaliyyətini dayandırıb.

Əsas səbəblər arasında məhsulların çatışmazlığı və smartfonlara tələbatın az olması göstərilir.

Hələ 2022-ci ilin martında “Financial Times” yazmışdı ki, Çin istehsalçıları olan “Xiaomi”, “Oppo” və “Huawei” Rusiyanın Ukraunada müharibəyə başlamasından sonra ölkəyə tədarükü yarıya qədər azaldıblar. Mənbələr bunu rublun məzənnəsinin qeyri-sabitliyi və Qərbin sanksiyaları ilə əlaqələndirirlər.

Müəllif: Elmir Murad