16:40 - 2.06.2022
2 iyun, Fineko/abc.az. Tədqiqat nəticələrinə əsasən müvafiq olaraq 21%, 19%, 18% və 12% göstəricilərlə Göygöl, Lerik, Qəbələ və Quba təbiət kateqoriyası üzrə ilk sıralardadır.
Dövlət Turizm Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, paylaşımlara əsasən ən populyar şəhərlər Bakı (63 min), Qəbələ (50 min), Qusar (30 min), Lerik (22 min) və Qubadır (20 min).
Qeyd edək ki, turizm potensialının düzgün təhlili və yeni imkanların araşdırılması, o cümlədən marketinq fəaliyyətinin həyata keçirilməsi üçün instaqram sosial şəbəkəsinin təhlili son dövrlərdə beynəlxalq təcrübədə geniş istifadə olunmağa başlanılıb.