“Fərid” kiçik müəssisəsinin yararsız məhsulları zərərsizləşdirildi

17:25 - 25.04.2022


25 aprel, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, “Fərid” kiçik müəssisəsinin Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 1070 kq unlu qənnadı məmulatları, süd məhsulları, çaylar, süd əvəzediciləri “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.