Britaniya Azərbaycana yeni səfir təyin edib

17:12 - 25.04.2022


25 aprel, Fineko/abc.az. Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin olunub.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu vəzifəyə Ferqus Old təyin edilib.

O, vəzifənin icrasına 2022-ci ilin avqustunda başlayacaq.

F.Old bu vəzifədə Ceyms Şarpı əvəz edəcək.