“İPhone 11”in buraxılışı dayandıracaq - Səbəb

11:29 - 22.04.2022


22 aprel, Fineko/abc.az. “Apple” şirkəti “iPhone 14”dən sonra “iPhone 11”in buraxılışını dayandıracaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə “iDropNews” portalı bildirib.

Qeyd edilib ki, şirkətin yeni 2022 “iPhone SE”nin sələfini əvəz edəcəyi gözlənilir.

Bu isə “Apple” şirkətinə bu payızda “iPhone 11”in istehsalını dayandırmağa imkan verir.

Bununla belə, portalın məlumatına görə, “iPhone SE”nin elanından sonra “iPhone 11”ə tələbat kəskin şəkildə artıb.

Keçən il “iPhone 13”ün buraxılması ilə şirkət “iPhone 12 Pro” və “iPhone XR”in istehsalını saxlayıb.

Müəllif: Elmir Murad