10:21 - 7.04.2022
7 aprel, Fineko/abc.az. Azərbaycanlı gənc Asim Manizadə "SpaceX" şirkətində işə qəbul edilib.
ABC.AZ Report-a istinadən məlumatına görə, Linkedindəki profilində göstərildiyi kimi, Manizadə bu ilin martından etibarən SpaceX-də kibertəhlükəsizlik mühəndisi vəzifəsində çalışaraq, insanların Marsa ilk uçuşunun təhlükəsizliyini təmin edir.
Azərbaycanlı gənc bundan əvvəl Facebook şirkətində 7 ildən çox kibertəhlükəsizlik, elektron cinayətlərin istintaqı sahələrində çalışıb, bir ixtirasına görə ABŞ-da patent alıb. A.Manizadə 2009-2013-cü illərdə Carleton College-də təhsil alıb və onu riyaziyyat və iqtisadiyyat ixtisasları üzrə fərqlənmə ilə bitirib.
14 Avqust 2026