16:24 - 28.03.2022
28 mart, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 3 milyard 889 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 2 milyard 395,8 milyon dollar çoxdur.
Cari ilin iki ayında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 306 milyon dollar olub.