16:22 - 16.03.2022
16 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ölkədə müavinət alanların sayını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, 2021-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 64,8 min ailəyə 66,2 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4,0 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 7,3 min nəfərə birdəfəlik müavinətlər verilib.
2022-ci il yanvarın 1-i vəziyyətinə 44,7 min aztəminatlı ailənin 194,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 64,29 manat təşkil edib.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 299,3 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.
12 Avqust 2026