Facebookdan rus hərbçiləri barədə qərar - Onlara qarşı şüarlar silinməyəcək

14:11 - 11.03.2022


11 mart, Fineko/abc.az. “Facebook” və “Instaqram” sosial şəbəkələri Rusiya hərbi qulluqçularına qarşı zorakılıq çağırışlarına qoyulan qadağanı müvəqqəti olaraq ləğv edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə “Meta” şirkətinin mətbuat katibi Endi Stoun bildirib.

“Rusiyanın Ukraynaya hücumu nəticəsində biz müvəqqəti olaraq adi vəziyyətlərdə zorakılığa çağırış qadağamızı pozacaq siyasi özünüifadə formalarına müvəqqəti icazə verdik”, - deyə Stoun qeyd edib.

O, nümunə olaraq bildirib ki, özündə “Rus işğalçılarına ölüm” kimi şüarları əks etdirən postlar silinməyəcək.