Bu il Azərbaycana gələn turistlərin sayında 50 faiz artım olacaq

16:29 - 4.03.2022


4 mart, Fineko/abc.az. Bu il Azərbaycana gələn turistlərin sayının ötən illə müqayisədə 50% artacağını və turizm sənayemizin pandemiyadan əvvəlki vəziyyətinə qayıdacağını gözləyirik.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib.

Bununla belə, o, regionda gedən proseslərə görə proqnoza müəyyən korrektələrin olunacağını istisna etməyib.