Neft ucuzlaşır, Brent bir barelə $93,79 təşkil edir

09:30 - 17.02.2022


17 fevral, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri cümə axşamı ticarətində azalır.

Saat 9:19-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin  aprel fyuçersi $1,02 (1,08%) - barel başına $93,79-a düşdü. Fevralın 16-da keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $1,53 (1,64%) artaraq barel başına $94,81-ə yüksəlib.

Saat 9:19-da, Nyu-York əmtəə birjasında (NYMEX)  WTI-nin mart  fyuçersi  $1,17 (1,25%) - barel başına $92,49-a qədər aşağı düşdü. Fevralın 16-da ticarət nəticələrinə görə, mart fyuçersi $1,59 (1,73%) artaraq barel başına $93,66-a çatıb.

ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, fevralın 11-də başa çatan həftə ərzində ölkədə neft ehtiyatları 1,12 mln.barrel artıb. Analitiklər ehtiyatların azaldılması orta hesabla 2,17 milyon barel olacağını gözləyirdilər.