09:20 - 10.02.2022
10 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ABŞ Enerji Nazirliyinin ölkədə yanacaq ehtiyatlarının azaldılması barədə məlumatları dərc etdikdən sonra cümə axşamı ticarətində sabitdir.
ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ABŞ-da neft ehtiyatları 4,76 milyon barel azalıb. Benzin ehtiyatları 1,64 milyon barel, distillatlar - 930 min barel azalıb.
Saat 9:03 üçün London ICE Futures birjasında ticarət edilən Brent neftə dair aprel fyuçersi $0,01 (0,01%) - barrel başına $91,56-ə yüksəldi. Fevralın 9 - da keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel ayı üzrə fyuçersinin qiyməti $0,77 (0,85%) – barrel başına $91,55-dək artıb.
Saat 9 : 04 üçün Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin mart ayına olan fyuçersi $0,05 (0,06%) - bir barelə $89,71-a yüksəldi. Fevralın 9 - da ticarət nəticələrinə görə, mart fyuçersinin qiyməti $0,30 (0,34%) artaraq, bir barrelə $89,66-a çatıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026