Gələn ay 14 gün iş olmayacaq

10:43 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Mart ayının qeyri-iş günləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu ilin mart ayındakı bayramlarla əlaqədar 14 gün qeyri-iş günü olacaq.

Belə ki, martın 8-i Beynəlxalq qadınlar günü qeyri-iş günü hesab ediləcək.

Bununla yanaşı Novruz bayramında da qeyri-iş günləri nəzərdə tutulub. 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Bu il martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

26 və 27 mart həftsəonları olduğu üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Müəllif: Elmir Murad