Neft bahalaşır, Brent barrel başına $81,90 təşkil edir

09:50 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən həftənin sonunda 5% artdıqdan sonra bazar ertəsi ticarətdə yüksəlir.

Saat 9: 35-də London ICE Futures birjasında baş tutan hərracda Brent neftinin mart fyuçersi $0,15 (0,18%) - barrel başına $81,90-ə yüksəldi. Yanvarın 7 - də hərracların nəticələrinə görə, Brent-in mart fyuçersinin qiyməti $0,24 (0,29%) - barrel başına $81,75-ə düşüb.

Saat 9: 35-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına fyuçersi $0,13 (0,16%) - barrel üçün $79,03-a yüksəldi. Yanvarın 7 - də keçirilmiş hərracların nəticələrinə görə, WTI-nin fevral fyuçerslərinin qiyməti $0,56 (0,71%) - $78,90-a düşüb.

Ötən həftə Brent markalı neft 5,1%, WTI - 4,9% bahalaşıb.