14:51 - 30.12.2021
30 dekabr, Fineko/abc.az. “Azərsu” ASC-də Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ABC.AZ xəbər verir ki ,“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Səhmdar Cəmiyyətin fəaliyyəti barədə məlumat verib. Sədr müavini layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə qurumları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Görüş zamanı Türkiyənin su təsərrüfatı ilə bağlı geniş təqdimat keçirilib, su ehtiyatlarından səmərəli istifadə sahəsində mövcud vəziyyət, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12 Avqust 2026