12:14 - 22.12.2021
22 dekabr, Fineko/abc.az. Qazaxıstan 2030-cu il üçün neft hasilatını 104,2 mln. tona çatdırmağı planlaşdırır.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 21,6% çoxdur. Məlumata görə, 2021-ci ilin sonuna neft hasilatının 85,7 mln. tona, ixracın 67,6 mln. tona çatacağı gözlənilir.
"Plana əsasən, ölkədə neft hasilatı 2030-cu il üçün 104,2 mln. tona çatacaq", - deyə məlumatda qeyd edilib.
18 Avqust 2026