10:01 - 15.12.2021
15 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarətdə enir.
Saat 8 :40-da London ICE Futures birjasında ticarət gedişatında Brent neftinin fevral fyuçersi $0,77 (1,04%) - barel başına $72,93-a düşüb. Dekabrın 14 - də baş tutan hərracların nəticələrinə görə, f Brent neftinin fevral fyuçersinin qiyməti $0,69 (0,93%) - barrel başına $73,70-ə düşüb.
Saat 8 : 40-da, Nyu-York əmtəə birjasında (NYMEX)WTI neftinin yanvar fyuçersi $0,88 (1,24%) - barrel başına $69,85-ə qədər azaldı. Dekabrın 14-də baş tutan hərracların nəticələrinə görə, yanvar fyuçersinin qiyməti $0,56 (0,79%) ucuzlaşaraq barel başına $70,73 təşkil edib.
18 Avqust 2026