17:31 - 9.12.2021
9 dekabr, Fineko/abc.az. bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz yatağındakı iştirak payını artırır.
Şirkətdən ABC.AZ-a verilən məlumata görə, bu, PETRONAS şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı bp-nin öz üstünlük hüququndan istifadə etmək haqqında Şahdəniz layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.
bp özünün əməliyyatçısı olduğu Şahdəniz yatağı üzrə PETRONAS şirkətindən 1,16% iştirak payını 168 milyon dollar məbləğinə almaq haqqında razılığa gəlib.
Bu məbləğ PETRONAS tərəfindən öncə elan edilmiş Şahdəniz üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb.
Nəticədə bp-nin Şahdənizdəki ümumi iştirak payı 29,99% təşkil edəcək və bp yatağın operatoru olaraq qalacaq.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026