Azərbaycanın “Slou Fud” turizmi üçün geniş imkanları var - Zenqstşmid

14:20 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. “Azərbaycan “Slou Fud” turizm modelinin inkişafı üçün geniş imkanlara malikdir".

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O qeyd edib ki, Azərbaycanın “Slou Fud” sahəsində dünya miqyasında tanınması üçün gözəl təbiətə, əlverişli iqlimə və təbii yerli qida məhsullarına sahib olduğunu deyib.

Baş icraçı direktor gələcəkdə layihənin Azərbaycanın digər ərazilərini də əhatə etməsinin istisna olmadığını bildirib.

Qeyd edək ki, “Slou Fud” icmasının fəaliyyətini genişləndirmək məqsədilə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi tərəfindən 4 icma nümayəndəsinə xüsusi avadanlıqlar da təqdim edilib.