Avropada qaz bahalaşdı

10:55 - 12.11.2021


12 noyabr, Fineko/abc.az.  Avropada qazın qiyməti bahalaşıb.

ABC.AZ xəbər verir ki, qaz fyuçerslərinin qiyməti 7,2 faiz artaraq min kubmetr üçün 900 dollara yaxınlaşıb.

Ekspertlər qiymət artımını onunla izah edirlər ki, “Qazprom” hərraclarda Polşa və Ukrayna ərazisindən qaz tranziti üçün əlavə imkanlar bron etməyib.